media-videoedited
media-0202
media-shehidler_olmez_baner_full

Son döyüşləri Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə çiyin-çiyinə vuruşaraq qəhrəmancasına şəhid olublar. Hər ikisi 33 il əvvəl Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunublar…

1992-ci il oktyabr ayının 3-də Qubadlı rayonunda idim. Işlədiyim “7 Gün” qəzetindən əsgərlərimiz haqqında material hazırlamaq üçün cəbhə bölgəsinə göndərilmişdim…

Həmin gün Əliyar və sürücüsü Əlisadətin ölümü ilə bütün Qubadlı camaatı kədərə bürünmüşdü – sanki dağlar, daşlar, çaylar, bulaqlar, hətta buludlar belə ağlayırdı…

Camaat onlara 40 gün yas saxladı. Təbii ki, bu, camaatın onlara olan məhəbbətindən irəli gəlirdi. Çünki onlar, qubadlıların dirəyi, Qubadlının dayağı idi… Hamı onlarla fəxr edirdi. Həmişə deyirdilər ki, belə oğulları olan el-oba heç vaxt basılmaz…

…Onlar 33 əvvəl olduğu kimi bu gün də çiyin-çiyinə dayanıblar. Sanki, yenə də Qubadlını yağı düşməndən qoruyurlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • Rasim MƏDƏD

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər