Bir vaxtlar "Şuşanın dağları qara dumanlı” idi...
11 dekabr 1991-ci ildə Şuşa İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlov öz kabinetində qətlə yetirilib. Ruhu şad olsun!
ERAmedia xəbər verir ki, bu faciəli hadisə Şuşanın ermənilər tərəfindən işğal olmasını bir az da asanlaşdırıb. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, telejurnalist, rejissor, prodüser Mübariz Əsgərov hadisəni “Şuşanın dağları qara dumanlı” adlı sənədli filmdə araşdırıb. Qətli törədən – ömürlük cəza alan Elbrus İbrahimovla ilk dəfə görüşüb, faciənin qaranlıq məqamlarına işıq salmağa çalışıb. Film 2017-ci ilə çəkilib.
İndi Şuşa azaddır! Bu qürurlu günlərdən dünənimizə də boylanmalıyıq. Unutqan olmamalıyıq. Unutqanlığımız növbəti faciələrin başlanğıcı ola bilər…
“Şuşanın dağları qara dumanlı” sənədli filminin tam versiyasını buradan izləyə bilərsiniz…









