media-1716307459_media-kreslo-cixarildi-memur5-700x403-jpg-pagespeed-ce_-vemyl4c7gw-ltj5yv0mpoehi12s34uq

Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

ERAmedia Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq.

Qeyd edək ki, hazırda Naxçıvan MR-in səhiyyə nazirinin bir müavini var. Belə ki, həmin vəzifəyə B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov təyinat alıb. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da R.Nabatova həvalə edilib.


media-adspc

Bənzər xəbərlər