media-videoedited
media-17604571465332242975_1200x630
media-shehidler_olmez_baner_full

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan “Birlik – 2025” birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

ERAmedia-ya  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub. Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər