media-878b581e4ebb33c26792119c5efc9b33

Bişkekdə hamı Şakiranın stadionda keçiriləcək konsertinə köklənib.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edərək şəhərdə konsertlə bağlı müşahidələrini bölüşüb.

Deputat bildirib ki, hər yerdə müğənninin şəkilləri və reklamları diqqət çəkir, hotellər dolub, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan gənclər konsertə qatılmaq üçün bilet alıblar.

Fazil Mustafanın sözlərinə görə, yayılan məlumatlarda 51 min nəfərlik stadion üçün biletlərin tükəndiyi bildirilir.

“Bütün Türküstan xoşbəxtliyin dadını çıxarır. Biz də türk birliyini inkişaf etdirməyə gəlmişik. Şakiranın ata-baba yurdumuza gətirdiyi xoşbəxtlik deyəsən daha çox hiss olunmaqdadır. Yəni nəsil dəyişimi və qloballaşma öz sözünü deyir”, – deyə deputat qeyd edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər