media-ads-728x90
media-skynews-beatles-cover_6996909
media-ads-728x90

Bitlz-in fanatları üçün gözlənilən xəbər gəlib. Qrup illər əvvəllər yayımlanmamış trekini yeni “Antologiya” toplusuna əlavə edir. Sonuncu belə buraxılışdan təxminən 30 il keçib.

ERAmedia xəbər verir ki, rəsmi açıqlama,ser Pol MakKartni və “The Beatles”in digər  səhifələrinin  paylaşdığı işarələrdən sonra gəlib. Onlar bir gün əvvəl Instagram-da 1-dən 4-ə qədər rəqəmlərin olduğu bir sıra şəkillər paylaşmışdılar. Bu, treklərin buraxılışı üçün ilk ciddi ipucu hesab edilir.

“Antologiya 4” toplusuna 13 əvvəllər yayımlanmamış demo, sessiya və digər nadir treklər daxil ediləcək. Bu, 1995–1996-cı illərdə buraxılan ilk üç “Antologiya” toplusuna bənzər olacaq.

media-anthology3cover

 


media-ads-728x90

Bənzər xəbərlər