media-skynews-afghanistan-womens-football-team_7005329
media-bant_master

Əfqanıstanlı futbolçu qadınlar yenidən bir araya gəlib. Onlar Böyük Britaniyada keçirilən məşqlərdə iştirak edərək, FIFA tərəfindən yaradılmış əfqan qaçqınlar yığmasına seçilmək uğrunda mübarizə aparırlar. Bu komanda qadınlara yalnız idman deyil, həm də ümid və azadlıq rəmzi kimi dəyərləndirilir.

ERAmedia bildirir ki, Böyük Britaniyada, Stourbridge Lions klubunun Sent Corc parkındakı stadionunda rəmzi bir hadisə baş tutub: Taliban hakimiyyətə gəldikdən sonra vətəni tərk etməyə məcbur olan əfqan futbolçu qadınlar yenidən bir araya gəliblər.

Onlar indi əvvəlki kimi yan-yana məşq edir, lakin artıq yeni bir missiya ilə — FIFA himayəsi altında yaradılmış əfqan qaçqınlar yığmasında yer qazanmaq üçün.

Futbolçular etiraf edirlər ki, bu onlar üçün sadəcə idman deyil, həm də özlərini tanıtmaq, milli kimliklərini qorumaq və bu gün Əfqanıstanda futboldan uzaqlaşdırılan digər qadınlara ümid vermək yoludur.

«Biz sadəcə FİFA-nın bizi tanımasını istəyirik»

Qaçqın qadın futbolçular Popala minnətdarlıq edirlər, çünki o, dünya futbolunun rəhbər orqanına təzyiqi saxlamaqda əhəmiyyətli rol oynayıb. Bu sayədə FİFA ilin sonunda qaçqın komandası üçün oyunlar təşkil etmək qərarına gəlib. media-skynews-womens-football-team_7005330

«Bu, FİFA tərəfindən böyük addımdır», — Səfdari qeyd edib. — «Biz sadəcə FİFA-dan bizi tanımasını xahiş edirik».

Qadınlar yalnız yoldaşlıq oyunları ilə kifayətlənmək istəmirlər, həm də rəsmi turnirlərdə iştirak etməyi arzulayırlar — tam hüquqlu qadın milli komandası kimi və Talibanın bayrağı altında deyil.

«Biz illərlə oyun imkanından məhrum olmuşuq», — Səfdari əlavə edib. — «Bir dəqiqə belə itirmək istəmirəm. Mən hazıram, oyun həvəsi ilə doluyam».

Xatərladak ki, Əfqanıstanda qadınların vəziyyəti Talibanın 2021-ci ilin avqustunda hakimiyyətə qayıdışından sonra kəskin şəkildə pisləşdi. Təhsil, iş və idman kimi ən adi insan haqlarından məhrum edilən qadınlar özlərini tamamilə hüquqsuz bir mühitdə tapıblar. Futbolçular isə bu basqılardan qaçaraq, artıq ölkədən kənarda – mühacirətdə oynamaq məcburiyyətindədirlər. Onlar meydanda bir araya gəlsələr də, gündəlik həyatlarında qadın kimi yox, sanki görünməyən varlıqlar kimi yaşayırlar. Əfqan qadınlarının dediyi kimi, “küçədə itlərin belə daha çox haqqı var, nəinki qadınların”. Bu müqayisə onların üzləşdiyi acı reallığı, qadın azadlığı və ədalət uğrunda davam edən mübarizəsini ən dəqiq ifadə edir.

 


media-adspc

Bənzər xəbərlər