Biz xüsusi uşaqlar üçün çalışırıq və dövlət tərəfindən də xüsusi qayğı göstərilir - Fərid Qayıbov
“Xüsusi Olimpiya Festivalı ilk dəfə təşkil olunub və bu həm uşaqlar, həm də valideynlər üçün böyük bayramdır”.
ERAmedia xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün Bakıda keçirilən Xüsusi Olimpiya Festivalında çıxışı zamanı deyib. O bildirib ki, biz xüsusi uşaqlar üçün çalışırıq və dövlət tərəfindən də xüsusi qayğı göstərilir: “Festivalın baş tutmasında Xüsusi Olimpiya Komitəsinin və müxtəlif federasiyaların nümayəndələrinin əməyi əvəzsizdir. Burada iştirak edən hər kəsə təşəkkür edirəm. Uşaqların bu cür tədbirlərdə iştirakı onların inkişafına və sosial inteqrasiyasına böyük töhfə verir. Hər bir uşağa uğurlar arzulayıram!”