media-1715617278-irakli-kobaxidze2
media-bant_master

“Mən Türkmənistanda Azərbaycanın baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlərimiz arasında müstəsna dostluq münasibətləri qurulub. Ona görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaq bizim üçün çətin olmayacaq”.

ERAmedia xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının efirində bildirib.

“Bizim üçün Azərbaycan tərəfinin maraqları tamamilə məqbuldur, Ermənistan tərəfinin maraqları da eyni dərəcədə məqbuldur. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqların nəticələrinə əsasən, hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”, – deyə baş nazir qeyd edib.

Kobaxidze həmçinin Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə də münasibətlərin inkişafına xüsusi diqqət ayırdığını deyib.

“Nəqliyyat və tranzit infrastrukturunu inkişaf etdirmək vacibdir. Bunu Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistan olmadan uğurla həyata keçirmək mümkün deyil”, – baş nazir əlavə edib.

Kobaxidze Türkmənistandakı təmaslarını xatırladaq Gürcüstan üçün regionun bütün ölkələrilə həm siyasi, həm də iqtisadi baxımdan sıx əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Biz bütün istiqamətlər üzrə əməkdaşlıq barədə danışdıq. İstər Türkmənistan qazının tranziti, istərsə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə ticari-iqtisadi münasibətlərin müzakirəsini apardıq. Biz bütün istiqamətlər üzrə və müvafiq qurumlar səviyyəsində fəal iş aparırıq”, – deyə o bildirib.


media-adspc

Bənzər xəbərlər