media-photo_5354949157640146263_x
media-bant_master

“Bizim ailəmizdə müğənni olmayıb. Anamın və böyük bacımın gözəl səsi olub. Amma bu sənətlə məşğul olmayıblar”.

ERAmedia xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli dəvət olunduğu televiziyanın efirində deyib.

Müğənnini düşünür ki, onların bu sənətə yetərli qədər sevgisi olmayıb:

“Mənim sevgim o qədər çox olub ki, qarşımı kəsmək mümkün olmayıb. Bilirsiniz ki, bizim sənətə başladığımız dövrlərdə qız övladlarının müğənniliyinə pis baxırdırdılar. İndi isə şükürlər olsun, valideynlər qızlarını qollarından tutub səhnəyə gətirirlər.

Bizim ailəmizdə oğlumun da, qızımın da səsi var. Lakin onların bu sənətə yetərincə sevgisi yoxdur. Sevgisi olsaydı, mən onların qarşısını kəssəydim belə, öz bildiklərini edəcəkdilər”.

Vural


media-adspc

Bənzər xəbərlər