media-videoedited
media-nxgmhxtyjaas
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

   ““Azərbaycan yeni dövrə qədəm qoyub”- fikrini BMT Baş Assambleyasındaki çıxışında ifadə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fikrini “Gəlin birlikdə ikili standartların aradan qaldırıldığı, ədalətin seçici olmadığı, qanunun aliliyinin təmin olunduğu, sülhün təkcə sözlə deyil, həm də əməli addımlarla təmin olunduğu bir dünya quraq” sözləri ilə davam etdirərək, ölkəsinin ancaq regional məsələlərdə deyil, beynəlxalq problemlərin həllində iştirakına hazır olduğunu vurğulayıb”.

media-f-k-foto

Bu fikirləri ERAmedia – ya şərhində regional məsələlər üzrə ekspert Firuz Novruzov deyib. Azərbaycan və Ermənistan liderlərinin BMT Baş Assambleyasında çıxışlarındakı aspektləri təhlil edən ekspert Firuz Novruzov hesab edir ki, həmin çıxışında Azərbaycan Prezidenti ölkəsinin qlobal problemlərin həllində oynaya biləcəyi rolu diqqətə çatdırıb.

Ekspert hesab edir ki, səsləndirdiyi fikirlərdə Prezident İlham Əliyev nəinki Ermənistanda, həmçinin dünyanın müxtəlif siyasi kluarlarında arabir olsa da diqqəti cəlb etməyə çalışan “bəlkə də qaytardılar”- xülyasının perspektivsizliyini ortaya qoyub: “Prezident İlham Əliyevlə eyni tribunanı bölüşən Ermənistan hökumətinin baş naziri Nikol Paşinyanın səsləndirdiyi “hər iki ölkənin bir-birinə qarşı ərazi iddiası yoxdur, bu son razılaşmalarda da təsdiqlənib”- fikirlərində iki ölkə arasında  “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” Saziş layihəsinin imzalanmasını təklif etməklə şərtlərin 80 faizinin artıq razılaşdırıldığını diqqətə çatdırıb. Üstəlik, Azərbaycanın mövcud Ermənistan konstitusiyasında ona ərazi iddiaları ilə bağlı narahatlığının olması yönümndə narahatlığa münasibətini ifadə edib: “Belə iddialar yoxdur və sülh sazişi layihəsində bu məsələlərin həlli üçün hüquqi təminatlar var”.

Ekspert Ermənistan baş nazirinin BMT Baş Assambleyasında çıxışının  tənqidçiləri arasında bugünkü marginal müxalifətçilər ansamblında “ancaq kontrabasçıların” iştirak etdiyini qeyd edib: “Məsələn, onlardan biri, Ermənistanın Niderlanddakı sabiq fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan iddia edir ki, baş nazir Nikol Paşinyanın Nyu-Yorkdakı çıxışı dövlət xadiminin bəyanatından çox, məzhəb hərəkatı liderinin moizəsinə bənzəyir. Yaxın zamanlarda insanlığa qarşı cinayətlrin təşkilatçılarından birinin, Azərbaycana ekstradasiya olunacağna şebhə etmədiyimiz hərbi cinayətkar Serj Sarkisyan partiyasının funksionerlərindən olan Eduard Şarmazanovun “Nikol Paşinyanın BMT-dəki çıxışı təkcə Ermənistan əleyhinə deyil, həm də açıq şəkildə anti-Rusiya idi” sözləri isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olan böyük çoxluğun ümumi fikirini ifadə etmir”.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər