BMT Fələstin-İsrail haqqında bəyannaməni təsdiqləyib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
ERAmedia xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bəyannamənin lehinə 142 ölkə, əleyhinə 10 ölkə səs verib, 12 ölkə bitərəf qalıb. Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı hərəkətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənir.
7 səhifəlik bəyannamə Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə ötən iyulda BMT-də keçirilən beynəlxalq konfransın nəticəsi kimi qeyd olunur.