media-17914475602853023697_1200x630

“Davamlı inkişaf siyasəti” adlı dərsliyi BMT olaraq çox faydalı hesab edirik. Bu kitab yalnız bir nəşr deyil, həm də gənclərin davamlı inkişaf məqsədləri, bu istiqamətdə əldə olunan nailiyyətlər və üzərində işlənməli olan məsələlər barədə məlumat əldə etmələri baxımından mühüm platformadır.

ERAmedia xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dərsliyin nəşri Azərbaycan hökumətinin Davamlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan ölkədə davamlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atan ölkələrdən biridir və bu sahədə həyata keçirilməli tədbirləri müəyyən edən strategiyaya malikdir.

Dmitro Şlapaçenko qeyd edib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin icrası üzrə dörd Könüllü Milli Hesabat təqdim edən azsaylı ölkələrdən biridir: “Bu kitab da Azərbaycanda formalaşmış böyük ekosistemin bir hissəsidir. Artıq üç aydır Azərbaycandayam. Əlbəttə, bu, çox qısa müddətdir. İndiyədək gördüyüm odur ki, Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatı ilə çox sıx əməkdaşlıq etmək niyyətindədir. Etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmək şərəfinə nail olduğum zaman BMT-nin hökumətlə daha çox əməkdaşlıq edə biləcəyi sahələri də müzakirə etdik. BMT Günü də daxil olmaqla, bir sıra tədbirlər keçirməyi planlaşdırırıq. Strateji dialoq aparmaq məqsədilə hökumətlə birlikdə Qarabağa səfər etməyi nəzərdə tuturuq. Mənim üçün bu, çox strateji və vacib addımdır. Bundan əlavə, bir sıra mədəni tədbirlərin keçirilməsini planlaşdırırıq. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək istəyirik”.


media-adspc

Bənzər xəbərlər