BMT-nin Mənzil, Şəhərsalma və Torpaq İdarəçiliyi Komitəsinin 86-cı sessiyası keçirilir
8-10 oktyabr 2025-ci il tarixlərində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Mənzil, Şəhərsalma və Torpaq İdarəçiliyi Komitəsinin təşkil etdiyi 86-cı (86th session of the Committee on Housing, Urban Development and Land Management) sessiyası keçirilir.
ERAmedia xəbər verir ki, sessiyada Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iştirak edirlər.
Tədbirdə üzv dövlətlərin nümayəndələri, nazirlər, beynəlxalq ekspertlər və aidiyyəti təşkilatların təmsilçiləri bir araya gələrək dayanıqlı şəhərsalma, mənzil siyasəti və torpaq idarəçiliyi sahəsində aktual məsələləri müzakirə ediblər.
Sessiyanın əsas müzakirə mövzuları sırasında şəhərlərin iqlim dəyişikliklərinə qarşı davamlılığının artırılması, əlçatan və münasib mənzil təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadə və innovativ şəhər planlaşdırılması modellərinin tətbiqi yer alıb.