Boks millimiz Avropa çempionatına Gürcüstanda hazırlaşacaq
Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək.
Boks Federasiyasından ERAmedia-ya bildirilib ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 17 idmançı ilə yollanıb.
Boksçular sentyabrın 10-dək davam edəcək toplanışda Gürcüstan, Belarus və İsraillə birgə hazırlaşacaq, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.









