Bolqarıstanda keçirilən seçkilərin nəticələri – Türklərin partiyası nə qədər səs toplayıb
Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində sabiq prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası liderliyə yüksəlib.
ERAmedia xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı və protokolların 68,34%-nin hesablanmasına əsaslanan məlumatlarda bildirilir.
Yerli vaxtla saat 07:00-a olan nəticələrə görə, koalisiya səslərin 44,487%-ni toplayıb.
Sonrakı yerlərdə isə bunlar qərarlaşıb:
– “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” bloku — 14,002%
– GERB və SDS — 13,104%
– Hüquq və Azadlıqlar Hərəkatı — 5,386%
– “Dirçəliş” Partiyası — 4,516%
Qeyd edək ki, Hüquq və Azadlıq Hərəkatı türklərin bu ölkədə yaratdığı partiyadır. Bu partiya uzun illər hökumətin formalaşması üçün koalisiya qurulmasında iştirak edib və hökumətdə təmsil olunub. Ahmet Doğan uzun illər Hüquq və Azadlıqlar Hərəkatının (DPS) lideri olub və partiyanın qurucusudur. O, 1990-cı ildə partiyanı yaradıb və təxminən 2013-cü ilə qədər sədr vəzifəsində qalıb.
2013-cü ildə o, rəhbərliyi Lyutvi Mestana təhvil verib. Daha sonra partiyada rəhbərlik dəyişiklikləri baş verib və son illərdə Delyan Peevski əsas fiqurlardan birinə çevrilərək rəhbərliyə gəlib.
Seçkilər bazar günü keçirilib. 52-ci çağırış Xalq Məclisindəki 240 yer uğrunda 14 partiya və 10 koalisiyanın nümayəndələri mübarizə aparıblar.
Vural









