Böyük dövlət xadimi, milli ruhu yenidən oyadan, xilaskar tarixi şəxsiyyət - MÖVQE

- Milli Məclisin deputatı Asif Əsgərov
“12 dekabr hər bir azərbaycanlının qəlbində yaşayan ehtiram günüdür – milli yaddaşımızda xüsusi yeri olan, qürurla, minnətdarlıqla yad edilən bir tarixdir. Biz həmin gün müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onun siyasi irsi təkcə bir dövrün tarixi deyil, bu günümüzü və gələcəyimizi müəyyən edən möhkəm əsasdır”.
Bunu ERAmedia-ya açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Deputat bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında misilsiz xidmətləri ilə əbədi yer tutmuş, müasir dövlətçilik tariximizin ən parlaq simalarından biridir:
“O, böyük liderlik keyfiyyətləri, müdrikliyi və geniş dövlətçilik düşüncəsi ilə bir millətin taleyini dəyişdirən nadir şəxsiyyətdir.
Ümumilli lider Heydər Əliyev Azərbaycan üçün sabitlik, inkişaf və birlik rəmzi idi. Onun siyasi iradəsi, qətiyyəti və milli maraqlara sədaqəti sayəsində ölkəmiz möhkəm təməl və doğru yol qazanıb. O, həm xalqın etimadını doğruldan rəhbər, həm yüksək mənəvi keyfiyyətləri ilə örnək olan şəxsiyyət, həm də gələcəyə doğru yol açan böyük dövlət xadimi kimi yaddaşlara həkk olunub.
Ulu öndərin böyük uzaqgörənliyi, dövlətçilik iradəsi, milli ideologiya yaratmaq qabiliyyəti müasir Azərbaycanın inkişaf yolunun istiqamətini müəyyən edib. Heydər Əliyev yalnız böyük dövlət xadimi deyil, həm də milli ruhu yenidən oyadan, xalqımızı ən çətin dövrlərdə bir məqsəd ətrafında birləşdirən xilaskar tarixi şəxsiyyətdir”.
O əlavə edib ki, Ulu öndər yalnız bu günümüz üçün deyil, gələcəyimiz üçün də düşünən, zamanından irəli gedən bir lider idi: “Bu gün müasir Azərbaycanın hər bir nailiyyətində onun uzaqgörən siyasətinin izlərini görürük.
Ulu öndər dərin zəkası, qeyri-adi idarəçilik bacarığı, uzaqgörənliyi və milli maraqlara sarsılmaz sədaqəti ilə Azərbaycanı dağılmaq təhlükəsindən çıxarıb, sabitliyə, inkişaf və tərəqqi yoluna yönəlib.
Ölkəmizin əldə etdiyi hər bir uğur, hər bir nailiyyət, bu torpaqlarda yüksələn hər bir quruculuq işi Ulu öndərin qoyduğu möhkəm təməlin üzərində yüksəlir.
Biz fəxrlə deyə bilərik ki, Heydər Əliyevin müəyyən etdiyi bu yol, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezident möhtərəm cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməkdədir.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyur və Mehriban xanım Əliyevanın fəaliyyəti ilə humanist dəyərlərə söykənən inkişaf modelini daha da gücləndirir.
Ulu öndərin ideyaları bu gün də yaşayır, onun qurduğu siyasi xətt bu gün də davam edir, onun arzuları bu gün də reallığa çevrilir. Xalqın rifahı və Azərbaycanın daha da güclənməsi naminə atılan hər bir addım, həyata keçirilən hər bir layihə, qazanılan hər bir uğur onun başladığı böyük yolun davamıdır.
12 dekabr anım günündə yalnız keçmişi xatırlamaq kifayət deyil; onun yadigarı olan dövlətçiliyi, milli birliyi və rifah ideyalarını bu gün də yaşatmaq bizim vətəndaşlıq borcumuzdur. Ümummilli lider Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında hər zaman ehtiramla yaşayacaq. Onun qurduğu dövlət bu gün daha güclüdür, daha irəlidədir və gələcəyə inamla addımlayır”.
Vural Həsənoğlu









