media-1791214090385836245_1200x630

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda ekocoğrafi şəraitin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

ERAmedia xəbər verir ki, institutdan bildirilib ki, “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə ekocoğrafi tədqiqatlar” mövzusu üzrə Şamaxı və İsmayıllı rayonlarına elmi ekspedisiya təşkil olunub. Tədqiqatın əsas məqsədi regionun ekocoğrafi şəraiti öyrənmək, vibrasiya və səs-küy çirklənməsini, hava keyfiyyətinə təsir edən amilləri qiymətləndirmək, həmçinin ekoloji riskləri xəritələndirməkdir.

Ekspedisiya zamanı ərazidə müvafiq müşahidələr aparılıb, geoinformasiya texnologiyaları əsasında hazırlanmış xəritələr çöl şəraitində dəqiqləşdirilib. Çirklənmənin qiymətləndirilməsi məqsədilə müvafiq metodikaya uyğun olaraq torpaq və bitki nümunələri götürülüb.

Hazırda götürülmüş nümunələr müxtəlif parametrlər üzrə analizə hazırlanır. Tədqiqat işləri kameral şəraitdə davam etdirilir.


media-adspc

Bənzər xəbərlər