media-1770009561_1

ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallar arasında çılpaq qızların əks olunduğu onlarla fotoşəkil dərc edib.

ERAmedia xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nazirliyin saytında üzləri nə bulanıqlaşdırılmış, nə də örtülmüş insanların göründüyü 40 kadr yerləşdirilib. Qeyd olunur ki, şəkillər Epşteynə məxsus adada, yataq otaqlarında və digər otaqlarda çəkilib. Jurnalistlərin məlumatına görə, bu şəxslərdən bəziləri yetkinlik yaşına çatmayanlar olub.

“The New York Times” ilə söhbətdə vəkillər bildiriblər ki, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları materialları dərc etməzdən əvvəl seksual xarakterli görüntüləri redaktə etməli, qurbanların identifikasiyasına imkan verən məlumatları gizlətməli idilər. Vəkillər onu da vurğulayıblar ki, 180 min görüntüdə Epşteynin cinayətlərində adı keçə biləcək məşhur şəxslərin adları diqqətlə gizlədildiyi halda, qurbanların şəkilləri senzurasız şəkildə yayımlanıb. Bu hal ciddi narazılıq doğurub.

Qəzetin məlumatına görə, etik normalara uyğun olmayan şəkillərin əksəriyyəti sonradan silinib.

Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər və seks-ticarəti ittihamı ilə təqsirləndirilən Epşteynin işi üzrə 3 milyondan çox səhifəlik materialın dərc olunduğunu açıqlayıb. Həmin sənədlərdə Fransa prezidenti Emmanuel Makronun da adı çəkilir. Sənədlərə əsasən, Makron 2016-cı ildən etibarən vasitəçi vasitəsilə Epşteynlə gizli yazışmalar aparıb.

Vural


media-adspc

Bənzər xəbərlər