media-videoedited
media-_123251545_9616_1644597456
media-shehidler_olmez_baner_full

Ev dustaqlığına alınmış Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ona qarşı irəli sürülmüş ittihamlar nəticəsində əmlaklarının müsadirə olunması riski ilə üzləşə bilər. Açıq mənbələrə əsasən, Mehdiyevə aid edilən əmlak kifayət qədər böyükdür.

  • Novxanıda üzüm bağları və Bakı, Abşeron və Goranboyda ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları.
  • Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
  • Maştağa qəsəbəsində həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyevanın adına toplam 32 hektar torpaq sahəsi.
  • Ailənin mülkiyyətində həmçinin gəlini Nigar Mehdiyevanın adına olan “Digital Media” MMC-də pay. (Bu şirkət 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş “Media FM” radiosunun sahibidir.)
  • Kamilə Əliyevaya Bakı şəhəri, İstiqlaliyyət küçəsi 11 ünvanında mənzil. (Bu ünvan həm də “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır.)
  • Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən bir sıra obyektlər.
  • “Topaz” və “Qala-R.L” mənzil-tikinti kooperativləri (MTK), “NLT” və “Premium Store” MMC-lər, “NLT” MTK, “Servis”, “Grand Palace”, “Astoriya”, 2020-ci ildən “German Hospital” adlanan “Astoriya Tibb Mərkəzi” MMC və 2014-cü ildə açılmış, sahəsi 5 min kvadratmetrdən çox olan “Qrandezza” ticarət mərkəzi.
  • 50 milyon manat nizamnamə kapitalına malik “BTB” ASC bankının 75%-lik səhm paketi.
  • Bank “BTB Lizinq” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisi.
  • Əhmədli qəsəbəsində yerləşən “Şərq-Qərb” nəşriyyatı.
  • Nəşriyyatın ərazisində 408 mənzilli iki 16 mərtəbəli bina. (Əlaqəli şirkətlər sırasında “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC göstərilir.)
  • “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa.
  • Bakıda Tiflis prospektində yerləşən (36 sot, satış qiyməti 8 milyon dollar göstərilib), Qöyçay, Şamaxı və Göygöl rayonlarında villalar…
    Nə az-nə çox, hələ ki, bu qədər…

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər