media-17840499211921417134_1200x630

İyulun 18-də saat 11:00-da Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində “Açıq qapı” günü keçiriləcək.

ERAmedia-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, xaricdə hərbi təhsil almaq istəyən yüksəknəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri və kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.

Maraqlananlar əlavə məlumat üçün universitetin Çağrı Mərkəzinə (*0811) və yaxud elektron-poçt ünvanına ([email protected]) iş günlərini nəzərə almaqla, saat 09:00-dan 17:30-dək müraciət edə bilərlər.

İştirak üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:

https://forms.gle/8rJKMazSHyq121wP8


media-adspc

Bənzər xəbərlər