media-b20762f2-9cfa-4154-9ca4-613efeaee976
media-bant_master

Avtomobil dünyasının tanınmış dizayneri Luk Donkervolke son illərdə SUV və krossover modellərinin həddindən artıq çoxalmasının istehlakçılar arasında zamanla bezginlik yarada biləcəyini bildirib.

ERAmedia xəbər verir ki, onun sözlərinə görə, bu seqment artıq zirvəyə yaxınlaşır və maraq yenidən sedan, hetçbek və daha sportif avtomobillərə yönələ bilər.

“Skoda Octavia”dan “Lamborghini Murcielago”ya qədər bir çox ikonik modelin dizaynında imzası olan, hazırda “Genesis”in dizayn direktoru və “Hyundai Motor Group”un dizayndan məsul vitse-prezidenti kimi fəaliyyət göstərən Donkervolke SUV bazarındakı tendensiyalarla bağlı diqqətçəkən fikirlər səsləndirib.

Məşhur dizayner bildirib ki, demək olar, bütün siniflərdə SUV və krossoverlərin artması avtomobil bazarında müəyyən monotonluq yaradıb. Yerdən yüksək quruluşu və çoxşaxəli istifadə imkanı ilə seçilən bu modellər həm dizayn, həm də satış strategiyalarında üstün mövqe tutmağa başlayıb. Lakin Donkervolke bu vəziyyətin istehlakçı baxışında zamanla əks reaksiya doğura biləcəyini düşünür.

“Motor1″in məlumatına görə, Donkervolke SUV seqmentinin artıq doyma nöqtəsinə çatdığını və tələbin yaxın illərdə zəifləyə biləcəyini proqnozlaşdırır. O, avtomotiv sektorunda bunun təbii dövr olduğunu, keçmişdə də oxşar meyllərin yüksəlib sonra geri çəkildiyini xatırladıb.

Dizayner hesab edir ki, SUV seqmentində mümkün durğunluq sedan, hetçbek və sportif avtomobillərin yenidən populyarlaşmasına şərait yarada bilər. Onun fikrincə, SUV modellərinin sürətlə çoxalması fonunda istehlakçıların alternativ gövdə tiplərinə yönəlmə ehtimalı getdikcə artır.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər