Bu axşam Azərbaycana payız gəlir
Bu gün Azərbaycana payız fəsli daxil olacaq.
ERAmedia – ya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəsli ölkəmizə 22 sentyabr 22:19-dan etibarən başlayacaq. Bu axşam həm də payız bərabərliyigünü olacaq, yəni gecə-gündüz bərabərliyi baş verəcək. Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olacaq. Başqa sözlər, gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla bərabər böləcəklər. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və astronomik payız başlayacaq. Payız fəsli başlayandan sonra isə gecələr tədricən uzanacaq, gündüzlər isə tədricən qısalacaq.
2025-ci ildə qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.