Bu binalarda kombi quraşdırılmasına icazə verilməyəcək - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.
ERAmedia “Xəzər” TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.
Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.










