media-1741158839_photo_259335

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.

ERAmedia Qafqazinfo-ya istinadən xəbər verir ki, bu möhlət aşağıdakı hallarda tətbiq edilir:

– Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;

– Üç və daha çox övladı olanlara;

– Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;

– 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;

– 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.

media-1beb884b-1edf-42f7-a93b-5dfc1f14fe26


media-adspc

Bənzər xəbərlər