media-1771589408_1771589086-no-logo

Milli Məclisdə daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.

ERAmedia xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;

Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu – Qurbanov Eyvaz Daşdəmir oğlu;

Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;

Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;

Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda isə sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa  Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.

Bununla bağlı parlamentin 24 fevral tarixində keçiriləcək plenar iclasında məsələ müzakirə olunacaq.


media-adspc

Bənzər xəbərlər