media-1694847867-1662711324_1647087005_1438165809_imtahan-2

Avqustun 9-da aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı təşkil olunub.

ERAmedia-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan elektron formada keçirilib.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 10 – 11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.


media-adspc

Bənzər xəbərlər