media-1722095297_yolbagli__1_

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.

 ERAmedia xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:
• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;
• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.

Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.

media-69fe10815d07f69fe10815d080177825804969fe10815d07d69fe10815d07e


media-adspc

Bənzər xəbərlər