media-1764396499170260436_1200x630
media-bant_master

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

ERAmedia xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Əlverişsiz hava şəraiti və “Mladost” stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Bakı vaxtı ilə saat 13:30-da başlanacaq. Qoran Pandev Məşq Kompleksində keçiriləcək qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.


media-adspc

Bənzər xəbərlər