media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-474587330_18483299077060411_2466796219765581744_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bu gün ölkəmizdə Bilik Günü qeyd olunur.

ERAmedia xəbər verir ki, Azərbaycanda bütün təhsil müəssisələrində tədris sentyabrın 15-dən  başlayır. Yeni tədris ilində  2,2 milyon təhsilalan olacaq.

2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq. Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.

Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.  Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, son illərdə ölkəmizdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər