Bu gün İmişli – Sumqayıt üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu baş tutacaq.
ERAmedia xəbər verir ki, əvvəlcə meydana “İmişli” və “Sumqayıt” komandaları çıxacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 16:30-da başlayacaq. “Kimyaçılar” 7 xalla üçüncü, nominal ev sahibləri 4 xalla altıncı pillədədir.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qəbələ”ni sınağa çəkəcək. Matç 19:00-da start götürəcək. Tovuz təmsilçisi 6 xalla dördüncü, “qırmızı-qaralar” isə 1 xalla on birinci yerdə qərarlaşıb.