media-ads-728x90
media-media-mugam-musabiqesi-7em42w
media-ads-728x90

Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında keçiriləcək.

ERAmedia xəbər verir ki, müsabiqənin finalı 25 avqust saat 16:00-da AZTV və “Mədəniyyət” TV telekanalının canlı efirində yayımlanacaq.

Eyni zamanda, tamaşaçılar və muğamsevərlər müsabiqənin finalını Azərbaycan Televiziyasının sosial media hesablarında da izləyə bilərlər.

Yarışmanın münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.

media-efc15a59-da2e-4d23-868f-a894a7bb7a82


media-ads-728x90

Bənzər xəbərlər