Bu gün Misli Premyer Liqasında XXIII tura bir oyunla start götürür
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII tura start veriləcək.
ERAmedia xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son turlarda qeyri-sabit çıxışı ilə diqqət çəkən “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq. Saat 15:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək.
Turnir cədvəlində Sumqayıt təmsilçisi 31 xalla 6-cı, Yevlax klubu isə 7 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Turun digər oyunları martın 8-i, 9-u və 10-da keçiriləcək.










