media-videoedited
media-csm_wahlen_moldau__ramin_mazur___n-ost__e0ada18104
media-shehidler_olmez_baner_full

Moldovada parlament seçkiləri keçirilir.

ERAmedia xəbər verir ki, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 – red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.

Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt – 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.

Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun “Vətənpərvər bloku” göstərilir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər