Bu gün Türkiyə-Bolqarıstan milliləri qarşılaşacaq
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçiriləcək.
ERAmedia xəbər verir ki, E qrupunda Türkiyə millisi səfərdə Bolqarıstanın qonağı olacaq.
Eyni qrupda yer alan İspaniya seçməsi isə Gürcüstanı sınağa çəkəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
DÇ-2026
Seçmə mərhələ
11 oktyabr
E qrupu
22:45 Bolqarıstan – Türkiyə
22:45 İspaniya – Gürcüstan
F qrupu
20:00 Macarıstan – Ermənistan
22:45 Portuqaliya – İrlandiya
I qrupu
20:00 Norveç – İsrail
22:45 Estoniya – İtaliya
K qrupu
17:00 Latviya – Andorra
22:45 Serbiya – Albaniya