media-1667936398_turk-devletleri-teskilati-sekizinci-zirvesi-istanbulda-duzenlendi-618eab68a9e7e-lg

19–20 oktyabr 2026-ci il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşi Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasına və Assambleya Şurasının iclasına ev sahibliyi edəcəkdir.

ERAmedia xxəbər verir ki, plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna baş tutacaqdır.

15-ci plenar iclasda üzv və müşahidəçi dövlətlərin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclasları da keçiriləcəkdir.


media-adspc

Bənzər xəbərlər