media-1762496534410152341_1200x630
media-bant_master

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.

ERAmedia xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edəcək. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ikinci dəfə İslamiadaya ev sahibliyi edir. Oyunlar ilk dəfə 2005-ci ildə Məkkə şəhərində təşkil olunub.


media-adspc

Bənzər xəbərlər