media-17847268661831427682_1200x630

İyulun 23-26-də Bakıda keçiriləcək “Dream Fest” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.

ERAmedia-ya bu barədə AYNA-dan məlumat verilib.

Belə ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər “Koroğlu” metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən “Sea Breeze”ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək.

“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur.


media-adspc

Bənzər xəbərlər