media-0409083b-8385-43b3-82d6-63e0fa3e4d27
media-bant_master

Kaliforniyanın San-Xose şəhərindəki bir məktəbin şagirdləri yerli futbol meydançasında öz bədənləri ilə svastika fiquru düzəltdiklərinə görə inzibati cəza alacaqlar.

ERAmedia xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məktəbin direktoru Bet Silbergeld bildirib ki, hadisədə iştirak edən şagirdlər vurduqları ziyana görə məsuliyyət daşıyacaqlar. Onun sözlərinə görə, qanun məktəblərə tətbiq olunan intizam tədbirlərini ictimaiyyətə açıqlamağa icazə vermir.

Hadisə ilə bağlı San-Xose polisi də araşdırmaya cəlb olunub. Hüquq-mühafizə orqanları baş verəni nifrət zəminində törədilən insident kimi qiymətləndirirlər. Uşaqlara qarşı hansı tədbirlərin görüləcəyi, eləcə də onların yaşı və adları barədə məlumat verilməyib.

Bundan əvvəl “Los Angeles Times” yazıb ki, şagirdlər futbol meydançasında bədənləri ilə svastika düzəldib və görüntünü Adolf Hitlerin antisemit ifadəsi ilə sosial şəbəkələrdə paylaşıblar. Foto qısa müddətdə viral olub.

Şəhər rəhbərliyi və məktəb administrasiyası bu davranışı dərhal pisləyib. San-Xose rəhbərliyi və polis, “Anti-Defamasiya Liqası” və yaxın bölgələrin yəhudi icmaları ilə əməkdaşlıq edərək gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün maarifləndirmə işləri aparacaqlarını bildirib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər