media-6b17a4c8-cbb7-3db4-ab5b-9aac1ac421ca_825

Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasında yer alıb. Bəhlul Mustafazadə “Ayntraxt” ilə oyunun sonuncu saniyələrində vurduğu fantastik qolla tarixə düşüb.

ERAmedia xəbər verir ki, bu barədə danışan Milli Məclsin sabiq deputatı Etibar Əliyevin sözlərinə görə, bu iki parlaq nümunə onu göstərir ki, özümüzün potensialı çox güclüdür.

“Sadəcə, uşaq futboluna diqqəti artırmalıyıq. Özümüzün vurduğu qol daha möhtəşəm görsənir”, – deyə o vurğulayıb.

E.Əliyev qeyd edib ki, Azərbaycanda istedadlı uşaqlar saysız- hesabsızdır:

“Təəssüflər olsun onların idmana, elmə və sənətə maraqlarını vaxtında oyada bilmirik. Bəlkə də minlərlə istedadlı və dahilik keyfiyyətinə malik olan uşaqları elmdən azdırmışıq…

Elə bir dövrə gəlib çatmışıq ki, bütün istedadlılar mütləq qayğı ilə əhatə olunmalıdır”.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər