media-usag

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

ERAmedia xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, mayın 6-dan həyata keçirilən elektron qəbul prosesi sentyabrın 3-də yekunlaşıb.

Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, I sinfə elektron qəbul prosesi müvafiq elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada həyata keçirmək imkanı yaradılıb.


media-adspc

Bənzər xəbərlər