Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - VİDEO
Plan yerləri hələ ki bizə dəqiq məlum deyil. Amma bilirik ki, təxminən keçənilki səviyyədə olacaq”.
ERAmedia xəbər verir ki, bu barədə bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Keçən il təxminən 60 minə yaxın plan yeri verilmişdi. Bizdə 28 min yer dövlət sifarişli yerlər idi. Bu o deməkdir ki, həmin yerlərdə oxuyan şəxslərin təhsil pulu hökumət tərəfindən ödənilir. Bu rəqəmlər ildən-ilə artır. İndi təqdim olunan yerlərin 50 faizi dövlət sifarişli yerlərdir”, – deyə DİM sədri bildirib.









