...bu kinolent Tağıyevin evlilik hekayəsindən bəhs edir-Zaur Qasımlı
“Bu gün təqdim olunan “Tağıyev. Sona” filmi Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən üçüncü ən çox gözlənilən hissədir. Çünki bu kinolent Tağıyevin evlilik hekayəsindən bəhs edir. Düşünürəm ki, çox adam bu filmə baxandan sonra bütün sualların cavablarını tapacaq. Mənim fikrimcə, çox maraqlı süjet alınıb.
ERAmedia-nın məlumatına görə, bu sözləri Nizami Kino Mərkəzində təqdim olunan “Tağıyev. Sona” filminin baş rejissoru Zaur Qasımlı deyib. O, layihənin dörd hissədən ibarət olduğunu diqqətə çatdıraraq sonuncu hissədə bütün qəhrəmanların süjet xəttinin açıldığını bildirib.
“Tağıyev çox uzaqgörən və inadkar adam olub. Yəni, istəklərini öncədən məqsəd kimi qoyaraq onlara çatmağa çalışıb. Hər fürsətdən istifadə edib, bütün gücünü ona sərf edib və sonda da istədiyinə nail olub”, – deyə baş rejissor əlavə edib.
Zaur Qasımlı filmin çəkilişlərinə 9 ay vaxt sərf elədiklərini qeyd edib.