media-17862942263819535765_1200x630

Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 9-u saat 22:00-dan etibarən Səbail rayonu, Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


media-adspc

Bənzər xəbərlər