media-1722095297_yolbagli__1_

Paytaxtın daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu – Bünyad Sərdarov küçəsi və Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.


media-adspc

Bənzər xəbərlər