“Bu mahnıların heç bir mənası yoxdur” – Müğənnidən sərt sözlər
Türk aktrisası Beren Saat “CapitaliZoo” adlı mahnını ingilis dilində ifa edib və klip çəkdirib.
ERAmedia xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında qeyd edib.
Onun sözlərinə görə, indi bəziləri onu qınayacaq ki, “niyə oxuyub” və sair.
“Halbuki o, mahnının sözlərini də özü yazıb və bu mahnı ilə açıq mesaj ötürüb.
Mahnının sözlərinin mənası təxminən belədir: İnsanlar vəhşi və azad varlıqlardır. Amma kapitalist sistem onları zooparkdakı heyvanlar kimi sərgiləyir. Qaydalar, pul, status və istehlak – hamısı bir qəfəs rolunu oynayır”, – deyə o bildirib.
“Bizdə isə “xit” olan, ən çox dinlənilən mahnıların demək olar ki, heç bir mənası yoxdur. Daha doğrusu, mənalı mahnılar dinlənilmir. Müğənni mesaj ötürmür, sadəcə səs-küy yaradır.
Halbuki Maykl Cekson kimi dünya ulduzlarının demək olar ki, hər mahnısı dünyaya bir mesaj idi”, – müğənni vurğulayıb.
Vüsalə










