Bu marşrut üzrə bütün avtobuslar yenilənir
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.
Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 AZN müəyyən edilib.









