media-1788164581-yteg5vl1kavuhpfotp4nzruqwm7qhvuvjt8hbtck_1200

Bakının Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nömrəli müntəzəm marşrutun bütün avtobusları dəyişdirilir.

ERAmedia bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən “İveco” markalı avtobuslarla əvəzlənəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 manat müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər