Bu milli komandalar DÇ-2026-nın “pley-off”una çıxıb
Futbol üzrə 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ikinci turu başa çatandan sonra bəzi məsələlərə aydınlıq gəlib.
ERAmedia-nın məlumatına görə, qrup mərhələsinin ikinci turundan sonra “pley-off”a 7 komanda vəsiqə qazanıb.
Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya artıq 32 komandanın yarışacağı “pley-off”dadır.
Qrup mərhələsinin son oyunları 24-28 iyun tarixlərində keçiriləcək. Dünya Kuboku 19 iyulda başa çatacaq.
Xatırladaq ki, sonuncu dəfə Argentina 2022-ci il finalında Fransanı penaltilərlə məğlub edərək dünya çempionu olub.










