media-1769003999_1768993413669954414_1200x630

Respublika Fənn Olimpiadalarının (RFO) informatika fənni üzrə rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.

Təhsil İnstitutundan ERAmedia -ya bildirilib ki, olimpiadanın nəticələri yaxın günlərdə portal.edu.az platformasında şagirdlərin şəxsi kabinetlərinə əlavə olunacaq.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində, yəni yanvarın 23-ü saat 17:00-dək, [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Respublika Fənn Olimpiadaları şagirdlərdə informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılmasında, həmçinin bu istiqamət üzrə istedadlı və perspektivli şagirdlərin aşkara çıxarılmasında mühüm rol oynayır.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən avtomatik plagiat yoxlama sistemindən keçə bilməyən həllər tamamilə sıfırlanıb. Keçid balı VIII siniflər üzrə 1+, IX, X və XI siniflər üzrə isə 100+ olaraq müəyyən edilib. Beləliklə, VIII siniflərdə həll göndərərək bal toplayan şagirdlər, IX–XI siniflərdə isə ən azı bir tapşırıqdan tam bal əldə edən şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanıblar.


media-adspc

Bənzər xəbərlər